Modern.az

Rusiyanın 40 minə yaxın hərbçisi məhv edilib

Rusiyanın 40 minə yaxın hərbçisi məhv edilib

25 İyul 2022, 10:40

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 39 700 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Rəsmi xəbərdə bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1730 tank, 3950 zirehli döyüş maşını, 876 artilleriya sistemi, 257 reaktiv yaylım atəşi sistemi, 116 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 188 helikopter, 719 PUA, 174 qanadlı raket, 15 gəmi, 2832 avtomobil texnikası və avtosistern, 73 xüsusi texnikadan ibarətdir.

 

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi