“Google” şirkətinin həmtəsisçisi Sergey Brin həyat yoldaşı Nikol Şenaxandan boşanır.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Nikol Şenaxanın amerikalı sahibkar İlon Maskla qısamüddətli münasibətdə olması olub.
Bildirilib ki, İlon Mask və Şenaxan arasında 2021-ci ilin payızında yaşanan münasibət Mask və Brin arasında dostluğa son qoyub.
Brinin cari ilin yanvar ayında boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.
Qeyd edək ki, 48 yaşlı milyarder Sergey Brin 2019-cu ilin oktyabr ayında “ClearAccessIP” şirkətinin təsisçisi və baş direktoru Nikol Şenaxanla ailə həyatı qurub. Cütlük iki illik münasibətdən sonra evlənmək barədə qərar qəbul edib. Onların bir qız övladı var.