Modern.az

Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı 

Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı 

25 İyul 2022, 20:47

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

Bundan əlavə, tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16 təyyarələrinin tədarükünü müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi