Ukrayna müxtəlif pilotsuz uçuş aparatlarının alınması üçün 7.1 milyon dollar dəyərində müqavilələr imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixail Fedorov öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, müqavilələrdən biri süni zəka texnologiyası ilə təchiz edilmiş 78 ədəd "Matrice" PUA-larının alınmasını nəzərdə tutur. Çinin DJI şirkəti tərəfindən istehsal edilən PUA-lar yüksək keyfiyyətli videolar çəkə, diqqətini hədəflərə yönəldə və potensial təhlükəni uzaqdan aşkarlaya bilir.
Ukrayna, həmçinin Polşadan 20 ədəd "Warmate" və 20 ədəd "Fly Eye" kamikadze tipli PUA-lar alacaq.
Fedorovun sözlərinə görə, "Fly Eye" sistemlərini almaq üçün pulu kosmik texnologiya sahəsində sahibkar Maksim Polyakov verib.
"Warmate" Polşanın "WB Electronics" və Ukraynanın "Chesara", "Fly Eye" isə "WB Electronics" şirkətləri tərəfindən istehsal olunur.
Akif İsmayılov