Modern.az

Fransada 1700 nəfər meymunçiçəyinə yoluxub

Fransada 1700 nəfər meymunçiçəyinə yoluxub

25 İyul 2022, 22:33

Fransada təxminən 1700 nəfər meymunçiçəyi virusuna yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Fransua Braun məlumat verib.

 

O bildirib ki, xəstəliyə yoluxan şəxslər əsasən eyni cinsli əlaqədə olan kişilərdir.

 

"Xəstənin qabarcıqları ilə təmasda olanlar yoluxub", - nazir qeyd edib.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın 75 ölkəsində 16 minə yaxın şəxs meymunçiçəyinə yoluxub.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi