İyulun 25-də Kanadanın Britaniya Kolumbiyası ştatının Lenqli şəhərində kütləvi atışma baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Atışma nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, atəş açdığı iddia edilən şəxs də ölüb.
Bundan əvvəl yerli hakimiyyət orqanları Lenqli küçələrində baş verən atışma halları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Akif İsmayılov