Modern.az

Bu şəhərdə yaşlılar üçün nəqliyyat pulsuz oldu

Bu şəhərdə yaşlılar üçün nəqliyyat pulsuz oldu

26 İyul 2022, 08:50

Lissabonda yaşı 65-dən yuxarı olan şəhər sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.

 

Modern.az xəbər verir ki, 13-23 yaş arası gənclər üçün nəqliyyatdan pulsuz istifadə isə sentyabrda təklif olunacaq.

 

Məlumata görə, pulsuz nəqliyyat sisteminin tətbiqində məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, eləcə də əhalinin yoxsul təbəqələrini yanacağın qiymətinin kəskin artımından qorumaqdır.

 

Lissabon meri Karlos Moedaşın sözlərinə görə, ictimai nəqliyyatın pulsuz olması ekoloji davamlılıq məqsədlərinin, iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsidir. 

 

Qeyd edək ki, yarım milyondan çox əhalisi olan şəhərə bu tədbirin təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi