Modern.az

İqbal Ağazadə də prezidentliyə namizəd olacaq

İqbal Ağazadə də prezidentliyə namizəd olacaq

Təhsil

16 Mart 2013, 15:18

Ümid Partiyasının mərkəzi qərərgahında Ali Məclisin iclası keçirilib. Modern.az-ın məlumatına görə, toplantıda partiya sədri, millət vəkili İqbal Ağazadənin prezidentliyə namizədliyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Daha sonra İqbal Ağazadənin namizədliyi səsverməyə çıxarılıb.

Ali Məclis İ. Ağazadənin namizədliyini dəstəkləyib və tövsiyə edib.

İqbal Ağazadə "Biz keçən seçkilərdə demişdik ki, bu hakimiyyət bacarmayacaq. Xalqın problemlərini həll edə bilməyəcək. Bu gün görürük ki, haqlıydıq. İndi isə deyirik ki, növbəti 5 ildə daha ağır vəziyyətdə yaşamaq istəmirsinizsə bu iqtidarı dəyişin və bizə səs verin"-deyə çııxşında bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza