Modern.az

Afina ilə Moskva arasında bütün əlaqələr kəsilib

Afina ilə Moskva arasında bütün əlaqələr kəsilib

Aktual

26 İyul 2022, 14:34

Afina ilə Moskva arasında münasibətlər tamamilə pozulub, əməkdaşlıq və bütün təmaslar kəsilib.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bildirib. 

 

“Fevralın sonundan etibarən Yunanıstanla ikitərəfli münasibətlərimiz kəsilib, Afina ilə heç bir əməkdaşlığımız və təmasımız yoxdur. İndiyədək əldə edilən bütün inkişaf, onilliklər ərzində toplanan ikitərəfli münasibətlər bir neçə gün ərzində məhv olub”, - diplomat vurğulayıb.

 

Qeyd edək ki, bir müddət öncə Yunanıstan və Rusiya qarşılıqlı olaraq bir-birinin diplomatlarını ölkədən çıxarıb. Bundan əlavə, Yunanıstan Rusiya təyyarələrinin özünün hava məkanına daxil olmasını qadağan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi