Modern.az

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

26 İyul 2022, 18:07

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib. 

 

Modern.az xəbər verir ki, Rusiyanın 29 regionunun rəhbəri məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. 

 

Bundan əlavə, Britaniya Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenkoya sanksiya tətbiq edib. Sanksiya siyahısına salınan şəxslərin Böyük Britaniyaya girişi qadağan ediləcək və bu ölkədəki aktivlərinə həbs qoyulacaq.

 

Məlumata görə, Bryansk, Kursk, Voronej, Lipetsk, Nijni Novqorod, Sverdlovsk, Tümen, Çelyabinsk, Samara, Novosibirsk, Saratov, Vladimir, Orenburq, Volqoqrad, Leninqrad, Tambov, Voloqda, Kaluqa və Amur vilayətlərinin rəhbərləri "qara siyahı"ya salınıb.

 

Başqırdıstan, Çuvaş, Komi Respublikaları, Yakutiya və Yamalo-Nenets Muxtar Dairəsinin rəhbərləri, həmçinin Krasnoyarsk, Stavropol, Altay diyarlarının rəhbərləri də sanksiya siyahısına əlavə edilib.

 

Eyni zamanda Sərvər və Sancar İsmayılovlar sanksiyaya məruz qalıb, Britaniya hökuməti onları iş adamı Əlişir Usmanovun qardaşı oğlu hesab edir.

 

RT agentliyinin keçmiş britaniyalı işçisi Qrem Fillipsə də sanksiyalar tətbiq edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi