Modern.az

Ukraynalı pilotlar ABŞ qırıcıları ilə təlim keçəcək 

Ukraynalı pilotlar ABŞ qırıcıları ilə təlim keçəcək 

Dünya

26 İyul 2022, 21:51

Ukrayna ordusunun pilotları Amerikanın F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcəklər. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat bildirib.

 

Təlim 2023-cü ilə planlaşdırılıb. Təlimlər üçün büdcə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib, buna görə 100 milyon dollar ayrılacaq.

 

Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyi Ukraynaya qırıcıların verilməsi ilə bağlı müzakirələr aparıldığını, ancaq bunun yaxın müddətdə baş tutmayacağını bildirib.

 

Akif İsmayılov 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi