Bir neçə gün öncə Zəngəzur bölgəsində yanıq xəsarətləri alan Ermənistan ordusunun müddətli hərbi qulluqçusu Palyan Civanoviç Poqosyan ölüb.
Modern.az xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb.
Xatırladaq ki, iyulun 25-də Ermənistan Müdafiə Nazirliyi Zəngəzurda xidmət edən Poqosyanın yanıq xəsarətləri aldığını açıqlayıb. Bildirilib ki, əsgərlərdən digəri yanğını söndürərkən yaralanıb.