Modern.az

Rusiya geniş hərbi təlimlərə başlayır

Rusiya geniş hərbi təlimlərə başlayır

26 İyul 2022, 23:08

Rusiya ordusu "Şərq-2022" adlı hərbi təlimlərə başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya Şərq Hərbi Dairəsinin qoşunlarının iştirak edəcəyi təlimlər 30 avqust-5 sentyabr tarixlərində baş tutacaq.

 

Rusiyanın hava-desant, hərbi-nəqliyyat aviasiyası və uzaqmənzilli aviasiya birlikləri ilə xarici ölkələrdən qoşunların da iştirak edəcəyi təlimdə ölkənin şərq bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsi üzərində iş aparılacaq.

 

Sözügedən təlim Rusiya Şərq Hərbi Dairəsinin 10-dan çox poliqonunda keçiriləcək.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi