Modern.az

Debat zamanı aparıcının ürəyi getdi - VİDEO

Debat zamanı aparıcının ürəyi getdi - VİDEO

27 İyul 2022, 00:06

Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarla partiyasının sədri postu uğrunda yarışan namizədlərin canlı debatında aparıcı huşunu itirib.

 

Modern.az xəbər verir ki, aparıcının huşunu itirməsindən sonra canlı yayım dayandırılıb.

 

Bir neçə həftə əvvəl istefa verən Britaniya baş naziri Boris Consonun yerinə keçirilən seçkilərdə sona iki namizəd qalıb. Bunlar keçmiş maliyyə naziri Rişi Sunak və indiki xarici işlər naziri Liz Trassdır.

 

"Talk TV" kanalında gedən canlı yayım zamanı namizədlər təxminən 30 dəqiqə planları üzərində müzakirələr aparıb. Kamera Trassın çıxışını çəkərkən hadisə baş verib və aparıcı Keyt Makken huşunu itirərək yıxılıb.

 

Videoda aparıcının yıxıldığı görünməsə də, Trass əllərini üzünə tutaraq "Aman Tanrım" deyir və daha sonra yayım kəsilir.

 

Kanal açıqlama yayaraq aparıcının huşunu itirdiyini bildirib: "O, yaxşı olsa da, həkim məsləhəti belə oldu ki, debatı davam etdirməyək. İzləyicilərimizdən və dinləyicilərimizdən üzr istəyirik".

 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi