Modern.az

Almaniya sürətlə \"qocalır\"

Almaniya sürətlə \

27 İyul 2022, 00:24

Almaniyada 15-24 yaş arasında olan gənclərin sayı 1950-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

 

Dövlət qurumu Almaniyanın ümumi əhalinin 83,2 milyon ilə ən yüksək səviyyəyə çatdığını bildirib. Lakin bu əhalinin sadəcə 10 faizi və ya 8.3 milyonu 15-24 yaş arasında olan gənclərdir.

 

15-24 yaş arası gənclərin sayının 1950-ci ildən bu yana ən aşağı səviyyəyə endiyi bildirilir.

 

Açıqlamada ölkədə gənclərin sayının 2015-ci il istisna olmaqla, 2005-ci ildən davamlı olaraq azaldığı və 2021-ci ilin sonunda 8,3 milyon nəfərlə ən aşağı səviyyəyə düşdüyü qeyd edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi