Yaponiyada 2008-ci ildə yeddi nəfəri öldürən Tomohiro Kato edam edilib.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
39 yaşlı Tomohiro Kato 2008-ci ilin iyununda iki tonluq yük maşınını paytaxtın Akihabara məhəlləsində piyadaların üzərinə sürüb. Daha sonra o, yük maşınından düşərək yeddi nəfəri bıçaqlayaraq öldürüb.
Hücum edən şəxs “yaşamaqdan yorulduğunu" bildirib. "Akihabaraya insanları öldürmək üçün gəlmişəm. Kimi öldürməyimin fərqi yoxdur", - o deyib.
Kato hücumdan dərhal sonra polislər tərəfindən saxlanılıb. O, 2011-ci ildə edam cəzasına məhkum edilib və ali məhkəmə 2015-ci ildə bu qərarı qüvvədə saxlayıb.
Yaponiyada məhbuslar adətən uzun illər edamı gözləyirlər və cəzalarının icrası barədə edam ediləcəkləri yerə gətirilməzdən cəmi bir saat əvvəl məlumatlandırılırlar.
Akif İsmayılov