Modern.az

Nazirdən müəllimlərin maaşı ilə bağlı vacib AÇIQLAMA

Nazirdən müəllimlərin maaşı ilə bağlı vacib AÇIQLAMA

27 İyul 2022, 11:20

"2022-2026-cı illərdə 137 min müəllimin sertifikasiya prosesinə cəlb edilməsi planlaşdırılır".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 


Nazir qeyd edib ki, 68 min nəfərin əməkhaqqının differensiallaşdırılması nəzərdə tutulub:  "Həmçinin, dövrün sonuna maddi-texniki bazası yenilənmiş məktəblərin xüsusi çəkisinin 85 faizə çatması planlaşdırılır".

 

E.Əmrullayev diqqətə çatdırıb ki, müəllimlərin əməkhaqqı sistemi yenilənəcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu