"Ali təhsildə əlçatanlığın artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi prioritetdir".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamlarına dair keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, hazırda ali təhsil alan 45 min tələbə var:
"Strategiya dövründə bu sayın 75 minə çatdırılması planlaşdırılır. Bundan əlavə, beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin artırılması üzrə 4 yeni proqram nəzərdə tutulub. 2022-2026-cı illərdə 25 min nəfərin təhsil kreditlərindən istifadəsi nəzərdə tutulur".