Modern.az

Sahibkarlara 29,9 milyon subsidiya ödənilib

Sahibkarlara 29,9 milyon subsidiya ödənilib

27 İyul 2022, 12:10

2020-ci ilin birinci yarısından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

 

Modern.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "Twitter" səhifəsində yazıb.

 

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib",- deyə nazir əlavə edib

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi