“Bütün sistemlər elektronlaşdıqca, şəffaflaşdıqca müəyyən mənada narazılıqlar da artır”.
Bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə Modern.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, hər il irəliyə doğru böyük addımlar atılır:
“Bu elə sahədir ki, hər il kimlərsə bizdən narazı qalacaq. Məsələn, bizdən narazı olacaqlar ki, mən istəyirdim uşağım hansısa bağçada, ya da məktəbdə oxusun. Halbuki bir bağçada 100 boş yer varsa, 100 nəfər qəbul ediləcək, qalanlar kənarda qalacaq. Hər şey elektronlaşdırılır. Məktəbəqədər təhsildəki seçim kriteriyalarımız gələn il bir az da təkmilləşdiriləcək. Bu il bizim üçün də yenidir, çətindir, amma öhdəsindən gələcəyik”.