Modern.az

Saxta diplomlarla bağlı açıqlama: “Sübut etmək çətindir”

Saxta diplomlarla bağlı açıqlama: “Sübut etmək çətindir”

Təhsil

27 İyul 2022, 12:18

"Bəzi diplomların saxta olmasını sübut etmək çətindir". 

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

O qeyd edib ki, indiki mərhələdə geri qayıdıb, kimin diplomunun saxta, kimin diplomunun həqiqi olduğunu təsdiq etmək çətindir:

 

"Seçim həmin şəxsin savadını yoxlamaqdan keçir. Adam həqiqətən öz işini yaxşı bacarırsa, savadlıdırsa, bu sertifikasiyada üzə çıxacaq. Kimsə düşünürsə ki, mənim övladıma savadlı adam dərs desin, başqası ilə işim yoxdur, bu düzgün yanaşma deyil".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi