Modern.az

AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi təklifinə RƏSMİ CAVAB

AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi təklifinə RƏSMİ CAVAB

Təhsil

27 İyul 2022, 12:44

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi haqqında təklifə münasibət bildirib. 


Modern.az xəbər verir ki, nazir bu barədə 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə danışıb.

 

O qeyd edib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var: "Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".

 

Qeyd edək ki, son vaxtlar AMEA-nın ləğv olunması və ya Təhsil Nazirliyinə birləşdirilməsi barədə müxtəlif təkliflər irəli sürülür.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi