Modern.az

Direktor şagirdi forma geyinməyə məcbur edə bilməyəcək

Direktor şagirdi forma geyinməyə məcbur edə bilməyəcək

Təhsil

27 İyul 2022, 12:51

“Məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir məktəbli forması geyinməyənlərin tədris müəssisəsinə buraxılmayacağına dair suallara aydınlq gətirib:

 

"Forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil. Bu tövsiyəedici qaydalardır. Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, nazirlik gedib onu məktəbdə yoxlamayacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu