Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə hücumu Türkiyə tərəfini narahat edir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN başçısı bildirib ki, Rusiya hücumları təkrar etməməlidir.
“Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bu, sülhə səbəb olacaq”, - deyə M.Çavuşoğlu Rusiyaya xəbərdarlıq edib.