Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun detalları məlum olub.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılması zamanı xəsarət alan olmayıb.
Ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib, bəzi ailələr evlərini tərk ediblər.