Modern.az

Zelenskini bu fotolara görə tənqid etdilər

Zelenskini bu fotolara görə tənqid etdilər

27 İyul 2022, 14:56

Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya ölkədə qanlı döyüşlərin getdiyi bir vaxtda dünyaca məşhur moda jurnalı “Vogue” üçün kamera qarşısına keçiblər.

 

Modern.az xəbər verir ki, Ukraynanın birinci xanımının fotosu jurnalın üz qabığında yer alıb. Jurnalda Yelena ilə birlikdə həyat yoldaşının da fotoları dərc edilib. 

 

Zelenski ailəsinin müsahibəsi “Cəsarət portreti” başlığı ilə tirajlanıb.

 

Qeyd edək ki, bəzi media nümayəndələri və sosial şəbəkə fəalları müharibənin gedişində Zelenskinin və xanımının fotosessiya etdirməsini qınayıb, bu addımı savaşda həyatını itirənlərə təhqir kimi qiymətləndiriblər.

 

Onu da bildirək ki, görüntüləri dünyaca məşhur fotoqraf Annie Leibovitz lentə alıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi