Rusiya sərhədləri yaxınlığında NATO-ya məxsus strateji kəşfiyyat təyyarəsi aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalından məlumat verilib.
Qyd edilib ki, "Boeing RC-135W Rivet Joint" təyyarəsi iyulun 26-da, çərşənbə axşamı səhər Böyük Britaniyanın Mildenhall aviabazasından havaya qalxaraq şimala istiqamət alıb, sonra Bakı vaxtı ilə saat 16:30-dan 17:40-a kimi Murmansk vilayəti, Nenets Muxtar Dairəsi və Novaya Zemlya arxipelaqında uçuşlar aparıb.
Məlumata görə, uçuş Rusiya sərhədindən cəmi 44 kilometr məsafədə və ya 2,5 dəqiqəlik hərəkət trayektoriyası üzrə həyata keçirilib.
Bundan əlavə, hərbi təyyarənin marşrutunun bir hissəsi transponder sönük halda keçib ki, bu da təyyarənin sistemlərinin elektron müharibə vasitəsi ilə boğulmasını və ya ekipajın onların mövcudluğunu gizlətmək cəhdini göstərir.