Almaniya hökuməti Ukraynaya 100 ədəd "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğularının satılmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Bildirilir ki, "Krauss-Maffei Wegman" şirkəti aprel ayında Ukraynaya 1,7 milyard avro dəyərində artilleriya qurğuları satılmasına icazə istəyib. Almaniya hökuməti icazəyə müsbət cavab verib.
İlk haubitsaların Ukraynaya nə vaxt çatacağı hələlik bəlli deyil. Haubitsaların istehsalı bir neçə il üçün nəzərdə tutulub.
Bundan əvvəl Almaniya Ukrayna 7 ədəd artilleriya qurğuları göndərib.
Akif İsmayılov