Modern.az

18 mindən çox şəxs meymunçiçəyinə yoluxub

18 mindən çox şəxs meymunçiçəyinə yoluxub

27 İyul 2022, 20:30

Dünya üzrə 18 mindən çox şəxs meymunçiçəyi virusuna yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

 

O, təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında meymunçiçəyi epidemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, virus indiyə qədər 78 ölkədə aşkar edilib.

 

"Yoluxmanın 70 faizi Avropa bölgəsində, 25 faizi isə Amerika qitəsindədir", - deyə ÜST rəhbəri qeyd edib.

 

Məlumata görə, xəstələrin 10 faizi xəstəxanaya yerləşdirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi