Modern.az

Diaspor nümayəndələrinin Şuşaya 5-ci səfəri - VİDEO

Diaspor nümayəndələrinin Şuşaya 5-ci səfəri - VİDEO

Diaspor

27 İyul 2022, 20:40

Bakıda olan diaspor nümayəndələrinin Şuşaya beşinci səfəri təşkil olunub.


Modern.az xəbər verir ki, səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edib.

 

Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə baş tutub. Azərbaycan diasporunun Şuşaya gəlişi Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diaspor üzvlərinə tövsiyələrindən sonrakı dövrə təsadüf edib.


Dövlət başçısı diasporumuzun Qarabağın inkişafında fəal iştirakının önəmli olduğu nəzərə çatdırıb.


Soydaşlarımız “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Bülbülün ev-muzeyini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət ediblər.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu