“Qarabağ” klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Komandalar arasında ötən həftə Bakıda keçirilən ilk matçda "Qarabağ" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə əsasən Ağdam komandası Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
***
"Sürix" və "Qarabağ" arasında keçirilən oyunda hesab yenidən bərabərləşib.
Modern.az xəbər verir, Ovusu Kvabena 97-ci dəqiqədə növbəti qolu vurub - 2:2.
***
22:58
"Sürix" və "Qarabağ" arasında keçirilən cavab oyununda İsveçrə komandası önə keçib.
Modern.az xəbər verir ki, oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə İvan Santini 2-ci topu komandamızın qapısından keçirib - 2:1.
***
22:15
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, "köhlən atlar"dan Kadi Borges 55-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
***
21:09
İsveçrədə "Sürix" və "Qarabağ" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Modern az xəbər verir ki, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.
Matçın ilk hissəsində əlavə qol vurulmayıb.
***
21:00
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.