Fransa Beninə regionu təhdid edən qiyamçılarla mübarizə aparmağa kömək etmək üçün pilotsuz uçuş aparatları (PUA) və daha mürəkkəb silahlar verə bilər.
Modern.az xəbər verir ki, bu barədə Fransa Prezident Emmanuel Makron çərşənbə günü deyib.
Makron bildirib ki, Fransa artıq Beninə kəşfiyyat, təlim dəstəyi və digər mülki yardımlar təqdim edir
O, tezliklə nəqliyyat vasitələri, mina təmizləmə avadanlığı, gülləkeçirməz jiletlər və gecəgörmə avadanlığı tədarük edəcəyini bildirib.
Akif İsmayılov