Çexiya hökuməti Slovakiyanın hava məkanının müdafiəsi proqramına dəstək verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Slovakiya avqust ayında silahlı qüvvələrini modernləşdirməyə dair uzunmüddətli planın bir hissəsi olaraq Rusiya istehsalı olan MİQ-29 qırıcılarını sıradan çıxarmaq qərarına gəldikdən sonra NATO müttəfiqlərinə müraciət edib.
Rəsmilərin sözlərinə görə, köhnə təyyarələr Ukraynaya göndərilə bilər.
2018-ci ildə Slovakiya hökuməti köhnəlmiş MİQ-29-u əvəz etmək üçün ABŞ-dan F-16 qırıcıları sifariş edib. İlk təyyarələrin bu il Slovakiyaya çatması gözlənilir.
Akif İsmayılov