Modern.az

Azərbaycan Qaçqınlar Cəmiyyəti: “Fəzail Ağamalı gedib öz işiylə məşğul olsun”

Azərbaycan Qaçqınlar Cəmiyyəti: “Fəzail Ağamalı gedib öz işiylə məşğul olsun”

18 Mart 2013, 12:57

“ Azərbaycan Qaçqınlar Cəmiyyəti respublikada qaçqınların problemi ilə məşğul olan yeganə ictimai qurumdur. 1991-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılmış və qeydiyyata alınmış bir təşkilatdır. Heç vaxt bu təşkilatın fəaliyyəti dayanmayıb. Ola bilər ki, kimsə bu təşkilatın fəaliyyətini görmək istəməyib ya da əlaqəsi olmayıb. Bu dəqiqə Azərbaycanda çox təşkilatlar var ki, Qərbi Azərbaycan qaçqınlarının problemlərini öz öhdəsinə götürməyə çalışır. Bununla əslində Azərbaycan Qaçqınlar Cəmiyyətinin fəaliyyətinə mane olmaq istəyirlər”.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin 1-ci müavini Əziz Ələkbərov deputat Fəzail Ağamalının bu quruma yönəlik ittihamlarını cavablandırarkən deyib.

Ə.Ələkbərovun sözlərinə görə, 1998-ci ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Abbas Səfərov Heydər Əliyevin vəkili olub və qaçqınlar arasında iş aparıb:

“Əvvəl Ermənistandan deportasiya edilən qaçqınlarla bağlı bütün dövlət tədbirləri bu cəmiyyətin xətti ilə həyata keçirilirdi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yarandıqdan sonra Nazirlər Kabinetinin qərarı ilə “Dövlətqaçqınkom”la Qaçqınlar Cəmiyyəti birgə iş aparır”.

Hazırda cəmiyyətdə sədri əvəz etdiyini vurğulayan Ə.Ələkbərli deyib ki, bu qurumun 2010-cu ildə keçirilən konfransında İdarə Heyəti və Ağsaqqallar Şurası yenidən yaradıldı:

“Qaçqın olmayan şəxslər bu cəmiyyətdən uzaqlaşdırıldı. 1988-ci il qaçqınlarından cəmiyyət rəhbərliyinə seçilənlər oldu. Bu cəmiyyət ancaq 1988-ci ildə Ermənistandan deportasiya edilən qaçqınların hüquq və mənafelərini qoruyan bir qurumdur. Son bir ildə öz fəaliyyətini gücləndirib, ictimai-siyasi tədbirlərdə iştirak edir. Bu da müəyyən adamları olduqca narahat edir. Xüsusilə seçkiqabağı dövrdə Qərbi Azərbaycan, qaçqın problemləri gündəmə gətirilir. Bu məsələləri qabardanlara Qaçqınlar Cəmiyyətinin gündəmə gəlməsi, ictimai proseslərdə iştirak etməsi sərf etmir”.

Əziz Ələkbərov deyib ki, o, deputat, Ana Vətən Partiyasının sədri  Fəzail Ağamalının Azərbaycan Qaçqınlar Cəmiyyəti barədə Modern.az saytına söylədiyi fikirlərlə tanış olub və buna etiraz edir:

“Fəzail müəllimin partiyada müavini olmuşam və ona yalnız bir ismarıcım var: Fəzail Ağamalı,  yaxşı olardı ki, siz öz partiyanızla, öz işinizlə məşğul olasınız”.

Ulduz İBRAHİMOVA

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?