Modern.az

Ermənistanı məğlub edən millimizə güclü azarkeş dəstəyi

Ermənistanı məğlub edən millimizə güclü azarkeş dəstəyi

Diaspor

28 İyul 2022, 17:10

San-Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda mübarizə aparan U-18 milli komandamıza İtaliyanın Roma, Turin, Bolonya və Rimini şəhərlərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr güclü azarkeş dəstəyi göstərirlər.

 

Modern.az xəbər verir ki, “Domus Arena” idman sarayında “B” qrupunun növbəti oyununda millimiz Ermənistan seçməsi ilə qarşılaşıb. Oyun zamanı soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq, müxtəlif şüarlarla komandamızı ruhlandırmağa çalışıblar. Məşqçilər Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələrininin erməni rəqibləri üzərində 76:65 hesabı ilə qələbə qazanması soydaşlarımızın böyük sevincinə səbəb olub.  

 

İyulun 28-də Moldova komandası ilə qarşılaşma da millimizin qələbəsi ilə nəticələnib. Bu oyunda 75:66 hesabı ilə qalib gələn yığmamız Avropa Çempionatının yarımfinalına çıxıb.

 

Qeyd edək ki, qrupdakı ilk oyunda millimiz Lüksemburqu 75:71, ikincidə isə Cəbəllüttariqi 115:60 hesabı ilə məğlub edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu