Modern.az

6 ayda 3 milyarddan çox sosial ödəniş edilib

6 ayda 3 milyarddan çox sosial ödəniş edilib

29 İyul 2022, 10:14

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

 

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi