Manatın məzənnəsinin dəyişib-dəyişməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında Modern.az-ın əməkdaşının sualını cavablandırıb.
Baş bankir qeyd edib ki, cari ilin sonuna qədər manatın məzənəsində dəyişiklik gözlənilmir.