Modern.az

Ruslardan dəhşətli əməl: 53 ölü, 75 yaralı var - YENİLƏNİB

Ruslardan dəhşətli əməl: 53 ölü, 75 yaralı var - YENİLƏNİB

29 İyul 2022, 14:36

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk vilayətinin Olenivka qəsəbəsində həbsxanaya hücumla bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, rəsmi məlumata görə, hücum Rusiya qoşunları tərəfindən həyata keçirilib. 

 

Bildirilib ki, ukraynalı əsirlərin saxlanıldığı həbsxanaya artilleriya zərbəsi endirilib. Nəticədə 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Ölən şəxslərin “azov”çu əsirlər olduğu bildirilir. 

 

Qeyd edək ki, Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edir.

 

***

13:24

 

Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsində həbsxanaya hücum edilib.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

 

İddia olunur ki, hücum Ukrayna ordusu tərəfindən həyata keçirilib. İnsident nəticəsində 50 nəfərin öldüyü, 75-nin isə yaralandığı bildirilir. 

 

Ukrayna tərəfi hücumla bağlı hələ ki heç bir açıqlama verməyib.

 

Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. 

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi