Almaniya Ukraynaya 16 ədəd "Biber" adlı tank körpüsü verəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu maşınlar müvəqqəti körpülərin tikintisi və ya zədələnmiş körpülərin bərpası üçün istifadə oluna bilər.
Nazirliyin açıqlamasında bildirilib ki, "Biber" sistemləri Ukrayna qoşunlarına sudan keçməyə və ya maneələrlə mübarizə aparmağa imkan verəcək.
İlk altı sistem bu payızda, daha 10 sistem isə gələn il təhvil veriləcək.
Akif İsmayılov