ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, məlumatı ABŞ tərəfi yayıb.
Blinken bildirib ki, söhbət səmimi və sadə olub. Məlumata görə, diplomatlar məhbusların mübadiləsini müzakirə ediblər.
Dövlət katibi bildirib ki, o, rusiyalı nazirə ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.