Hitlerin qol saatı Merilend ştatında keçirilən hərracda 1 milyon dollardan artıq qiymətə satılıb.
Modern.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Hərrac sahibləri daha çox məbləğ veriləcəyini ehtimal edirdi. Onlar aksesuar üçün 2-4 milyon dollar alacaqlarını gözləyirdilər.
Hərrac zamanı nasist dövrünə aid bir sıra digər artefaktlar da satılıb. Belə ki, “Alexander Historical Auctions” hərrac evinin saytında verilən məlumata görə, imperator qartalı üçün 200 min dollar ödənilib. Hitlerin 1938-ci ildə Almaniyanın Çexoslovakiya ilə sərhəd bölgələrini faşist Almaniyasına birləşdirən Münhen müqaviləsini imzaladığı deyilən bürünc qələm isə 290 min dollara satılıb.
Hərrac evinin məlumatına əsasən, saat 1933-cü ildə Nasional Sosialist Partiyasının üzvləri tərəfindən Hitlerə verilib. Saat 4 may 1945-ci ildə Berlində, Hitlerin intiharından dörd gün sonra tapılıb.
Akif İsmayılov