Modern.az

Ukraynalı qadının Rusiya sevgisi...

Ukraynalı qadının Rusiya sevgisi...

30 İyul 2022, 09:32

Ukraynanın Xarkov vilayətində uzun müddətdir rusiyalı hərbçiləri gözlədiyini bildirən qadına qarşı istintaq başlayıb.

 

Modern.az xəbər verir ki, Xarkovun işğal olunmuş bölgələrinin birində KİV-ə müsahibə verən qadın Rusiya Federasiyasının silahlı təcavüzünə haqq qazandırıb və rus “azadçılarını” gözlədiyini deyib. 

 

Bundan əlavə, adı açıqlanmayan qadın Rusiya vətəndaşının pasportunu almaq üçün qanunsuz orqanlara müraciət edib. Onun dönük davranışı yerli sakinlər tərəfindən hiddətlə qarşılanıb.

 

Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək davam edən müharibədə yüzlərlə mülki şəxs rusiya hərbçiləri tərəfindən qətlə yetirilib.

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi