Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze dövlət başçısı Mixail Saakaşvili tərəfdarlarının - Birləşmiş Milli Hərəkatın (BHM) aprelin 19-a planlaşdırdığı mitinqi indiki ölkə rəhbərinin son siyasi fəaliyyəti olacağı qənaətindədir.
Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, “mitinqin elanlarından görünür ki, 19 aprel aksuyası onların siyasi həyatlarında son cəhd olacaq. Aqrar Universitetdəki son hadisələrdən sonra belə bir ümid yaranıb ki, tələbələr də onlara qoşulacaq. Əgər bu belədirsə, onların gürcü gəncləri haqqında pis təsəvvürləri var. Saakaşvili tərəfdarlarının belə utancverici hərəkətlərini heç kim unutmayacaq.”-deyə Eduard Şevardnadze “Asaval-Dasavali” qəzetinə verdiyi müsahibəsində bildirib.
Saakaşvilinin istefa ehtimalının olduğunu vrğulayan Şevardnadze bildirib ki, prezident bu addımı atmasa, özü ilə bərabər bütün BMH-i da məhv edəcək.
“Sizi əmin edirəm ki, Saakaşvili artıq Gürcüstandakı siyasi vəziyyətə təsir edəcək siyasətçi deyil”-deyə eks-prezidnt vurğulayıb.
“Mən onun haqqında heç nə deməyəcəyimi dəfələrlə söyləmişəm, amma bununla belə ona bir məsləhət də vermək istərdim: bəsdir, ölkəni alt-üst etdin. Bəlkə bir daha fikirləşəsən və gedəsən” – deyə Şvardnadze Saakaşviliyə müraciət edib.
Elçin Ağayev