"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Modern.az klubun rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, "köhlən atlar"ın ev oyunlarında biletlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.
Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.
Qeyd edək ki, "Qarabağ" komandası "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.