Polşanın "Huta Stalowa Wola" silah şirkəti Ukrayna üçün ilk dəfə səkkiz ədəd "Krab" haubitsası istehsal edib.
Modern.az xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.
Bildirilir ki, artilleriya silahlarından istifadə edəcək hərbi kadrların təlimi də başa çatmaq üzrədir.
Tezliklə özüyeriyən artilleriya qurğuları Ukraynaya göndəriləcək.
Müqavilə zavod tərəfindən Ukrayna üçün 60-a yaxın haubitsa və əlavə maşınların istehsalını nəzərdə tutur.
İlk 18 haubitsa Polşadan Ukraynaya hərbi dəstək çərçivəsində may ayında çatdırılıb. Bu texnika Polşa ordusunun vəsaiti hesabına köçürülüb.
Akif İsmayılov