Modern.az

“Fənərbağça” Ukraynadan üzr istəməyəcək

“Fənərbağça” Ukraynadan üzr istəməyəcək

30 İyul 2022, 19:08

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Ali Koç Kiyevin “Dinamo”su ilə oyunda azarkeşlərin Rusiya lideri Vladimir Putinin adını səsləndirməsinə görə komandanın Ukraynadan üzr istəməyəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

 

"Biz Ukraynadan üzr istəməyəcəyik", - deyə Ali Koç bildirib.

 

Hadisə iyulun 27-də Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları zamanı baş verib. “Dinamo” qol vurduqdan sonra “Fənərbağça” azarkeşləri Rusiya prezidentinə dəstək üçün “Vladimir Putin” şüarını səsləndirməyə başlayıblar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi