İranda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 61 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Yardım və Xilasetmə xidmətinin başçısı Mehdi Vəlipur dövlət televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, 32 nəfər hələ də itkin düşmüş hesab olunur.
Rəsmilər daşqının 60 əyalət, 140 rayon, 516 kənd və 85 bölgəyə təsir etdiyini, 1332 nəfərin təhlükəsiz yerlərə köçürüldüyünü, 5215 nəfərin təcili sığınacaqla təmin edildiyini vurğulayıblar.
Akif İsmayılov