Britaniyada minlərlə maşinist maaşların artırılması tələbi ilə tətilə başlayıb.
Modern.az xəbər verir ki, ölkə daxilində 5 minə yaxın maşinist 7 qatar şirkətinə qarşı 24 saatlıq tətil təşkil etmək qərarına gəlib.
Birmingemdə keçirilən Birlik Oyunlarının ikinci gününə və İngiltərə futbol mövsümünün ilk gününə təsadüf edən aksiyada sürücülər əmək haqqının və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Tətil səbəbindən bir çox sərnişin səyahət məhdudiyyəti ilə üzləşib.
Həmkarlar ittifaqları 9%-dən çox olan inflyasiya səbəbindən əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Akif İsmayılov