Modern.az

Bayden yenidən koronovirusa YOLUXDU

Bayden yenidən koronovirusa YOLUXDU

30 İyul 2022, 22:59

ABŞ Prezidenti Co Bayden yenidən koronovirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

O bildirib ki, bu gün COVID üçün verdiyi test müsbət nəticə verib.

 

“Bu, çox az sayda insanlarda olur. Heç bir əlamət yoxdur, amma ətrafımdakı hər kəsin təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işdəyəm və tezliklə yoluma davam edəcəyəm”, - Bayden yazıb.

 

Qeyd edək ki, Bayden bir neçə gün əvvəl koronavirusdan sağalmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi