Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Modern.az-ın məlumatına görə, mərasim “Altun” Restoranında keçirilib.
Mükafatlandırma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərən müsabiqədə qalib gələn jurnalistləri təbrik edib. O, bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə 83 yazı təqdim olunub. Yazıları 3 qrupda 9 ekspert qiymətləndirib.
“Hər istiqamət üzrə 3 qalibə 1000 manat məbləğində mükafat, bir sıra şəxslərə isə 300 manat məbləğində həvəsləndirici mükafat verilib”.
V. Səfərli həmçinin qeyd edib ki, gələcəkdə belə layihələrin sayının artırılmasına çalışılacaq.-
Mərasimdə mətbuat nümayəndələri ilə yanaşı Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov və digər dövlət rəsmiləri iştirak ediblər.
Modern.az